EN

Haber Global İlham Əliyevin BMT Baş Assambleyasındakı görüşləri barədə süjet hazırladı

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər. Qarşılanma zamanı İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşlə səmimi söhbət aparıb. Açılış mərasimindən öncə dövlət başçısı Assambleyaya qatılan bir sıra ölkələrin nümayəndələri ilə də ayaqüstü fikir mübadiləsi aparıb.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu "Haber Global" kanalının hazırladığı süjetdə bildirilir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin diplomatik təqvimi olduqca sıx olub.

"O, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşündə Azərbaycan-Yunanıstan enerji əməkdaşlığının uğurlu inkişafına toxunub. Daha sonra Prezident iraqlı həmkarı Əbdüllətif Camal Rəşidlə bir araya gələrək, ikitərəfli münasibətlərdə hökumətlərarası komissiyanın rolunu müzakirə edib".

Süjetdə Azərbaycan liderinin, həmçinin, Finlandiya Prezidenti Aleksandr Stubb, Keniya Prezidenti Uilyam Ruto və Avropa Şurasının Baş katibi Alan Berslə görüşləri və dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri ilə də danışıqları barədə də məlumat verilib.

Bundan başqa Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın da BMT Baş Assambleyası çərçivəsində görüşdüyü, tərəflərin sülh gündəliyinin irəlilədilməsi istiqamətində atıla biləcək addımları müzakirə edərək, dialoqu davam etdirmək barədə razılığa gəldikləri qeyd olunub.

Ətraflı süjetdə:

"Haber Global" İlham Əliyevin BMT Baş Assambleyasındakı görüşləri barədə süjet hazırladı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
1
oxu.az

4Sources