Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu "Haber Global" kanalının hazırladığı süjetdə bildirilir.
Qeyd olunub ki, Prezident İlham Əliyevin diplomatik təqvimi olduqca sıx olub.
"O, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşündə Azərbaycan-Yunanıstan enerji əməkdaşlığının uğurlu inkişafına toxunub. Daha sonra Prezident iraqlı həmkarı Əbdüllətif Camal Rəşidlə bir araya gələrək, ikitərəfli münasibətlərdə hökumətlərarası komissiyanın rolunu müzakirə edib".
Süjetdə Azərbaycan liderinin, həmçinin, Finlandiya Prezidenti Aleksandr Stubb, Keniya Prezidenti Uilyam Ruto və Avropa Şurasının Baş katibi Alan Berslə görüşləri və dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri ilə də danışıqları barədə də məlumat verilib.
Bundan başqa Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın da BMT Baş Assambleyası çərçivəsində görüşdüyü, tərəflərin sülh gündəliyinin irəlilədilməsi istiqamətində atıla biləcək addımları müzakirə edərək, dialoqu davam etdirmək barədə razılığa gəldikləri qeyd olunub.
Ətraflı süjetdə:
4Mənbələr
-
far.az"Haber Global": "BMT Baş Assambleyasında İlham Əliyevin heyrət doğuran diplomatik qrafiki" ( 21682555)
-
sherg.az"Haber Global": "BMT Baş Assambleyasında İlham Əliyevin heyrət doğuran diplomatik qrafiki" ( 21681676)
-
demokrat.az"Haber Global" İlham Əliyevin BMT Baş Assambleyasındakı görüşləri barədə süjet hazırladı — VİDEO ( 21679204)
-
oxu.azHaber Global İlham Əliyevin BMT Baş Assambleyasındakı görüşləri barədə süjet hazırladı ( 21678469)