EN

Bu gün Azərbaycanın basketbol klubu Avropa Kubokunda ilk oyununa çıxacaq

Azərbaycanın basketbol üzrə Avropa Kubokundakı təmsilçisi “Abşeron Lions” bu gün I təsnifat mərhələsində ilk oyununa çıxacaq. SİA xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu komanda Bakıda Kiprin "Anortosis" klubunu qəbul edəcək.

Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Kollektivlər arasındakı ikinci matç bir həftə sonra təşkil olunacaq.

Chosen
46
3
sia.az

4Sources