ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycanın basketbol üzrə Avropa Kubokundakı təmsilçisi “Abşeron Lions” bu gün I təsnifat mərhələsində ilk oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu komanda Bakıda Kiprin "Anortosis" klubunu qəbul edəcək.
Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.
Kollektivlər arasındakı ikinci matç bir həftə sonra təşkil olunacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.