EN

Gədəbəydə müəllimlərin olduğu mikroavtobus qəzaya düşdü – Foto


Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolumda, Gədəbəy rayonu ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes "markalı mikroavtobusla "VAZ" markalı minik maşını toqquşub. Qəzadan sonra mikroavtobus yolun kənarına aşıb.
Qəza zamanı 12 nəfər xəsarət alıb. Xəsarət alanlar – M.Babayeva, İ.Məcidili, X.Əliyeva, N.Baxışəliyeva, İ.Məmmədova, U.Tağıyeva, İ.Babayeva, T İsgəndərova, Ə.Məcidli, S,Kazımova, E.Vəliyeva və V.Bayramova tibbi yadıma edilib. Onlar Şəmkir və Gəncədə yerləşən xəstəxanalara təxliyə edilib.
Məlumata görə, qəzaya düşən mikroavtobus müəllimləri Gəncədən Gədəbəyə işə aparırmış. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

Chosen
25
9
yeniavaz.com

10Sources