EN

Erməni konsulluğunda intihar: Avakyan özünü öldürdü

Rusiyanın “Rosreyestr” və “Rosimuşestvo” qurumlarının Sankt-Peterburq şöbələrinin keçmiş məmuru Boris Avakyan Ermənistanın Sankt-Peterburqdakı konsulluğunda ölü vəziyyətdə tapılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Avakyan konsulluğun tualetində özünü güllələyib.

Qeyd edək ki, Boris Avakyan dünən Kronştadtdakı məhkəmə binasından qaçmışdı.

Chosen
55
1
axar.az

2Sources