EN

Prezident İlham Əliyev “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev “Statistikanın inkişafperspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda BeynəlxalqStatistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Trend xəbər verir ki,müraciətdə deyilir:

"Hörmətli Forum iştirakçıları!

Sizi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindəkeçirilən “Statistikanın inkişaf perspektivləri: beynəlxalqlayihələrin rolu” mövzusunda Beynəlxalq Statistika Forumunun özişinə başlaması münasibətilə salamlayır, hər birinizə ən xoşarzularımı çatdırıram.

Məmnuniyyətlə vurğulamaq istəyirəm ki, bu mötəbər tədbir millistatistika sistemlərinin inkişafı, qlobal statistik təşəbbüslərəinteqrasiya və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımındanxüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, Forum çərçivəsindəmüxtəlif ölkələrin statistika qurumlarının, beynəlxalqtəşkilatların, elmi dairələrin nümayəndələrinin bir araya gəlməsistatistika sahəsində qabaqcıl bilik və təcrübələrin bölüşülməsi,eləcə də birgə layihələrin təşviqi üçün əlverişli mühityaradacaqdır.

Müasir dövrdə statistika cəmiyyətin tərəqqisini, dövlətsiyasətinin effektivliyini və qlobal çağırışlara cavabverməqabiliyyətini qiymətləndirmək üçün öz əhəmiyyətini daha daartıraraq mühüm vasitələrdən birinə çevrilmişdir. Etibarlıstatistik məlumatlar dayanıqlı inkişafın təmin olunmasında,əsaslandırılmış qərarların qəbulunda və şəffaf idarəetməninqurulmasında böyük rol oynayır. Bu səbəbdən, Beynəlxalq StatistikaForumu metodoloji yeniliklərin təqdim edilməsi və çoxtərəfliəməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından universal birplatforma kimi çıxış edir.

Bu gün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildəinkişaf etdirilir, rəsmi statistik məlumatların beynəlxalqstandartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalı daimdiqqət mərkəzində saxlanılır. Eyni zamanda, süni intellekt kimimüasir çağırışlar statistika sahəsində yeni metodologiyaların, alətvə yanaşmaların işlənib hazırlanmasını, gələcək hədəflərin düzgünmüəyyənləşdirilməsini zəruri edir. Bu hədəflərin reallaşdırılmasıüçün isə effektiv beynəlxalq əməkdaşlıq və onun imkanlarının düzgündəyərləndirilməsi vacibdir. Biz rəsmi statistika sahəsində müasirtexnologiyalara, süni intellektə və rəqəmsal transformasiyayaəsaslanan islahatlara xüsusi önəm veririk. Ölkəmiz bu istiqamətdəaparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıqedərək qlobal inkişaf gündəliyinə töhfə verməyə səy göstərir.

Bildiyiniz kimi, BMT-nin Statistika Komissiyasının qərarı ilə buil oktyabrın 20-də “Hər kəs üçün keyfiyyətli statistika iləinkişafa təkan verək” şüarı altında Ümumdünya Statistika Günü qeydediləcəkdir. Əminəm ki, həmin əlamətdar gün ərəfəsində baş tutanForum statistika cəmiyyətinin bir araya gələrək gələcəyə yönələnönəmli təşəbbüslər irəli sürəcəyi, qarşılıqlı bilik və təcrübəmübadiləsi aparacağı məhsuldar müzakirələrlə yadda qalacaqdır.

Hər birinizi qarşıdan gələn Ümumdünya Statistika Günümünasibətilə təbrik edir, Forumun işinə uğurlar arzulayıram".

Chosen
12
31
az.trend.az

10Sources