Gədəbəydə baş verən yol qəzasında 13 nəfər xəsarət alıb.
APA yerli bürosunun məlumatına görə, hadisə Gədəbəy-Şəmkir rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Xəsarət alanlar - M.Babayeva,İ.Məcidili, X.Əliyeva, N.Baxışəliyeva, İ.Məmmədova, U.Tağıyeva, İ.Babayeva, T İsgəndərova, Ə.Məcidli, S,Kazımova, E.Vəliyeva və V.Bayramova tibbi yadıma edilib. Onlar Şəmkir və Gəncədə yerləşən xəstəxanalara təxliyə edilib.
***
08.39
Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gədəbəy-Şəmkir rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes "markalı mikroavtobusla "VAZ" markalı minik maşını toqquşub. Qəzadan sonra mikroavtobus yolun kənarına aşıb.
Qəza zamanı 8 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirililib.
Məlumata görə, qəzaya düşən mikroavtobus müəllimləri Gəncədən Gədəbəyə işə aparırmış. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
