EN

“Şəki”nin əsas komandasının məşqçilər korpusunda YENİ TƏYİNAT

“Şəki” basketbol klubunun əsas komandasının məşqçilər korpusuna yeni təyinat olub.

İdman.biz bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən mövsüm U-12 komandasının baş məşqçisi olmuş Ceyhun Həsənli bundan sonra həm də əsas komandanın məşqçilər korpusunda yer alacaq.

23 yaşlı mütəxəssis baş məşqçi Bedri Meriçə köməklik edəcək. O həm də “Şəki”nin U-12 komandasında işini davam etdirəcək.

Qeyd edək ki, ötən il “Şəki”də köməkçi məşqçi Vüqar Musayev idi.

İdman.biz

Chosen
13
4
idman.biz

5Sources