AZ

“Şəki”də yeni təyinat

"Şəki" basketbol klubunun əsas komandasının məşqçilər korpusuna yeni təyinat olub.

Apasport.az xəbər verir ki, bunu Şimal təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Ötən mövsüm U-12 komandasının baş məşqçisi olmuş Ceyhun Həsənli bundan sonra həm də əsas komandanın məşqçilər korpusunda yer alacaq.

23 yaşlı mütəxəssis baş məşqçi Bedri Meriçə köməklik edəcək. O, həm də "Şəki"nin U-12 komandasında işini davam etdirəcək.

Qeyd edək ki, ötən il "Şəki"də köməkçi məşqçi Vüqar Musayev idi.

NTD-də amerikalı basketbolçu

Azərbaycan Basketbol Liqası hakimləri üçün yeni mövsüm öncəsi son seminar keçirilib

ABŞ-li basketbolçu "Sərhədçi"də

“Sumqayıt”dan yeni transfer

"Neftçi" Rumıniyadan Vətənə qayıdıb

Seçilən
13
4
apasport.az

5Mənbələr