EN

Müəllimləri daşıyan mikroavtobus aşdı -20 yaralı - FOTO

Gədəbəyin Maarif kəndi ərazisində mikroavtobusla minik avtomobili toqquşub.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Qəzada 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Mikroavtobusun Gəncədən Gədəbəyə gedən müəllimləri daşıdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

222
Chosen
25
5
redaktor.az

7Sources