EN

Mərkəzi Neftçilər Xəstəxanasında böyük növbə

Yenisabah portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sistemi çökdüyü üçün Mərkəzi Neftçilər Xəstəxanasında ajiotaj yaşanır.

Yenisabah.az xəbər verir ki, sistem çökdüyündən xəstəxanalarda böyük növbələr yaranıb. Xəstələri qeydiyyata almaq üçün problem davam edir. Dövlət xəstəxana və poliklinikalarında bütün işlər elektronlaşdırıldığından hazırda heç bir iş aparmaq mümkün deyil.

Növbəyə düşmək, analiz vermək, analizin cavabını götürmək, qəbula yazılmaq qeydiyyata düşməkdə çətinlik yaşandığı üçün hazırda xəstəxanada sıxlıq müşahidə olunur. Toyuqlu pizza

 Qeyd edək ki, TƏBİB-in sistemi ilk dəfə deyil ki, çöküb. Xəstəxana işçiləri bu kimi halların tez-tez yaşandığını bildirirlər. 

Əsmətxanım Rzazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
2
yenisabah.az

3Sources