EN

Aparıcılar sənətə aidiyyatı olmayan adamları sənətkar kimi təqdim edirlər Rəşad Kəsəmənli

Azxeber.com saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Rasim Balayevin qonaq olduğu verilişdə, hansısa kadrdan keçən bir insanı da sənətkar kimi təqdim edirlər".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Nüsrət Kəsəmənlinin oğlu aktyor Rəşad Kəsəmənli deyib.

"Tarixin bir günü" verilişində qonaq olan aktyor aparıcıları qınayıb:

"Aparıcılar bu sənətə aid olmayan şəxsi tamaşaçıya sənətkar kimi təqdim edirlər. Efirdə çox görünmək sənətkarsan demək deyil. Hər gün efirə çıxan müğənnini də elə bilirlər yaxşı oxuyur, təlabatlıdır. Burada aparıcılarda günah çoxdur. Rasim Balayevlə bir verilişdə qonaq idik. Bir də hansısa serialda 3-cü dərəcəli rollarda çəkilən bir aktyoru dəvət etmişdilər. Təqdimatda isə hər üçümüzə aktyor deyirlər. Bu nə dərəcədə düzgündür? Mən 1999-cu ildə bitirmişəm İncəsənət Universitetini, amma hələ də öyrənirəm. Bizim hamımızı necə bir eləmək olar?"

Aysel

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
azxeber.com

1Sources