EN

Gədəbəydə müəllimləri daşıyan mikroavtobus qəzaya düşüb, 8 nəfər xəsarət alıb - FOTO

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gədəbəy-Şəmkir rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes "markalı mikroavtobusla "VAZ" markalı minik maşını toqquşub. Qəzadan sonra mikroavtobus yolun kənarına aşıb.

Qəza zamanı 8 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirililib.

Məlumata görə, qəzaya düşən mikroavtobus müəllimləri Gəncədən Gədəbəyə işə aparırmış. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Gədəbəydə
Chosen
33
5
apa.az

10Sources