EN

Beynəlxalq əmək qanunvericiliyi sahəsində 4 konvensiyanın ratifikasiya imkanları araşdırılır - Anar Əliyev

Müasir çağırışlara uyğun əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər işçilərin hüquqlarının daha səmərəli müdafiəsinə, bu sahədə çevikliyin artırılmasına imkan yaratmaqla, həmçinin işçilərin hüquqları ilə bağlı işəgötürənlərin öhdəliklərini icra etmələrini stimullaşdırır.

Day.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Yüksək Vəzifəli Rəsmilərin İƏT Əmək Mərkəzinin Baş Assambleyasının 2-ci Sessiyasına Hazırlıq İclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, səriştələr əsasında hazırlanmış peşə standartlarının tətbiqi milli işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin və əmək məhsuldarlığının artırılması, onun beynəlxalq əmək bazarına inteqrasiyası üçün əsas alətdir:

"Hazırda iqtisadiyyatın müxtəlif sahələri üzrə 1400 peşə və kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib.

İşçilərin bacarıqlarının inkişaf etdirilməsi, onlara "yaşıl iqtisadiyyat" konsepsiyasına uyğun olaraq "yaşıl bacarıqlar"ın öyrədilməsi müəssisədaxili məsələdən əlavə, həm də hökumətin əmək bazarı siyasətinin tərkib hissəsidir.

Əmək hüquqlarının qorunması və layiqli əməyin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir".

A.Əliyev qeyd edib ki, Azərbaycan hazırda Beynəlxalq Əmək Təşkilatının 59 Konvensiyası və 1 Protokolunu ratifikasiya edib, paralel olaraq daha 4 konvensiyalarının ratifikasiya imkanları araşdırılır.

Chosen
27
1
day.az

2Sources