AZ

Beynəlxalq əmək qanunvericiliyi sahəsində 4 konvensiyalarının ratifikasiya imkanları araşdırılır - Anar Əliyev

Bakı. Trend:

Müasir çağırışlara uyğun əmək qanunvericiliyinə edilmiş sondəyişikliklər işçilərin hüquqlarının daha səmərəli müdafiəsinə, busahədə çevikliyin artırılmasına imkan yaratmaqla, həmçininişçilərin hüquqları ilə bağlı işəgötürənlərin öhdəliklərini icraetmələrini stimullaşdırır.

Trend xəbərverir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar ƏliyevYüksək Vəzifəli Rəsmilərin İƏT Əmək Mərkəzinin Baş Assambleyasının2-ci Sessiyasına Hazırlıq İclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, səriştələr əsasında hazırlanmış peşəstandartlarının tətbiqi milli işçi qüvvəsininrəqabətqabiliyyətliliyinin və əmək məhsuldarlığının artırılması,onun beynəlxalq əmək bazarına inteqrasiyası üçün əsas alətdir:

“Hazırda iqtisadiyyatın müxtəlif sahələri üzrə 1400 peşə vəkvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinəverilib.

İşçilərin bacarıqlarının inkişaf etdirilməsi, onlara “yaşıliqtisadiyyat” konsepsiyasına uyğun olaraq “yaşıl bacarıqlar”ınöyrədilməsi müəssisədaxili məsələdən əlavə, həm də hökumətin əməkbazarı siyasətinin tərkib hissəsidir.

Əmək hüquqlarının qorunması və layiqli əməyin təmin edilməsiölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetistiqamətlərindən birini təşkil edir”.

A.Əliyev qeyd edib ki, Azərbaycan hazırda Beynəlxalq ƏməkTəşkilatının 59 Konvensiyası və 1 Protokolunu ratifikasiya edib,paralel olaraq daha 4 konvensiyalarının ratifikasiya imkanlarıaraşdırılır.

Seçilən
23
1
az.trend.az

2Mənbələr