Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovun xadiməni və şagirdi döydüyü video yayılıb.
Lent.az-ın sorğusuna regional idarədən bildirilib ki, həmin video martın 11-də çəkilib.
Bu il martın 11-də Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqov tərəfindən şagirdə və kiçik xidmətedici işçisinə fiziki zorakılıq davranışı iddiası əsasında Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, aprelin 17-də məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.