AZ

Direktor müavini şagirdi və xadiməni DÖYÜB

Yazını böyüt
Yazını kiçilt

Lənkəran rayonunun Zövlə kəndində məktəb direktorunun müavini səlahiyyət çərçivəsini aşıb.

Hafta.az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb. Qeyd olunub ki, direktor müavini şagirdə və xadiməyə əl qaldırıb.

Məsələ ilə bağlı oxu.Az-ıa Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, 11 mart 2025-ci il tarixində Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqov tərəfindən şagirdə və xadiməyə fiziki zorakılıq davranışı iddiası əsasında qurum tərəfindən araşdırma aparılıb.

"Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, 17 aprel 2025-ci il tarixində məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovla bağlanmış əmək müqaviləsinə xitam verilib. Qeyd edək ki, təhsilverənlərin etik davranış qaydalarına əməl etməsi, eyni zamanda, şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür", - deyə məlumatda bildirilir.

Seçilən
15
20
hafta.az

10Mənbələr