EN

Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” işə başlayıb

Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçirilir. SİA xəbər verir ki, sentyabrın 24-25-i tarixlərini əhatə edən Sammit bu il “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunub.

Sammitdə 300-dən çox iştirakçı, 150-dən artıq müəssisə və 20-dən artıq ölkə üzrə 50-dən çox beynəlxalq və yerli spiker qlobal tədqiqat əməkdaşlıqları Avrasiya universitetlərinin sosial-iqtisadi inkişafa verdiyi töhfələr, eləcə də Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində ali təhsilin rolu ilə bağlı müzakirələr aparacaq.

Sammitdə aşağıda qeyd olunan istiqamətlər üzrə müzakirələr aparılacaq:

∙ Qlobal tədqiqatın təsiri: Avrasiya regionunun güclü tərəflərindən faydalanma

∙ Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda ali təhsilin rolu

∙ Qitələri əlaqələndirmək: əməkdaşlıq və innovasiya imkanları

Tədbirin əsas panel və sessiyalarında elm və təhsil naziri Emin Əmrullayev, Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hanko, THE-nin qlobal məsələlər üzrə baş direktoru Fil Beyti, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Əbu-Dabi Universitetinin rektoru Qassan Aouad, Nazarbayev Universitetinin rektoru Vaqar Əhməd, Obuda Universitetinin rektoru Levente Kovak, Konstraktor Universitetinin icraçı direktoru Tomas Auf der Heyde və digər nüfuzlu təhsil liderləri çıxış edəcəklər.

Chosen
40
27
sia.az

10Sources