EN

Masallının 14 kəndi işıqsız qalacaq

Bu gün Masallı rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində sentyabrın 24-də 35 kV-luq “Əminli” hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək şəhərin bir hissəsində, eləcə də rayonun Dəlləkli, Əminli, Ərəb, Hacıtəpə, Həsənli, Xallıcalı, Xırmandalı, Köcəkli, Kürdəbazlı, Qarğalıq, Qədirli, Məmmədxanlı, Şəhriyar, Təkdam kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Chosen
46
14
tribunainfo.az

10Sources