EN

“Express Bank”ın kapitalı azala bilər Beynəlxalq agentlik

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Fitch" beynəlxalq reytinq agentliyi "Express Bank" ASC-nin uzunmüddətli defolt reytinqini (IDR) "B+", həyat qabiliyyəti reytinqini (VR) "b+" səviyyəsində təsdiqləyib.

Modern.az xəbər verir ki, agentliyin reytinqlər üzrə proqnozu "Sabit"dir.

Qurum bəyan edib ki, “Express Bank”ın aktivlərinin keyfiyyətində əhəmiyyətli pisləşmə olarsa, reytinqlərin aşağı salınması mümkündür, bu da zərərlərin yaranmasına səbəb ola bilər.

Həmçinin kreditləşmənin sürətli artımı və əhəmiyyətli dividend ödənişləri Bankın kapitalını azalda bilər. (Mənbə: Yurd.Media)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
2
modern.az

3Sources