EN

Avropanın “dron divarı” bir ilə hazır ola bilər - ÖZƏL

Avropa Komissiyasının müdafiə üzrə komissarı Andryus Kubilyus açıqlayıb ki, Avropada "dron divarı" layihəsinin təqribən bir ilə reallaşdırılması mümkündür. Olaylar.az xəbər verir ki,  o, Euractiv portalına müsahibəsində bildirib ki, ekspertlərin rəylərinə əsasən pilotsuz uçuş aparatlarını aşkar edən sistemin qısa müddətdə qurulması nəzərdə tutulur. Kubilyus qeyd edib ki, hazırda Avropanın dronların aşkarlanması imkanları məhduddur: "Bizim qırıcı və raketləri aşkar etmək üçün yaxşı vasitələrimiz ola bilər, amma dronların özünəməxsusluğu var - onlar çox kiçikdir və alçaqdan uçurlar".
"Dron divarı" layihəsi Almaniya, Polşa, Finlandiya və Baltik ölkələrinin təşəbbüsü ilə həyata keçirilir. Layihənin məqsədi Rusiya ilə sərhəd boyunca, eləcə də Ukrayna ərazilərində pilotsuz uçuş aparatlarına qarşı çoxqatlı monitorinq və avtomatlaşdırılmış müdafiə sistemləri yerləşdirməkdir. Hazırda layihə prototiplərin seçilməsi və işlənməsi mərhələsindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
7
olaylar.az

1Sources