EN

Nazir: Pensiya və təqaüdlərin artırılması üçün əlavə olaraq 1,4 milyard manat ayrılıb

BAKI, 24 sentyabr. TELEQRAF

Bu ilin əvvəlindən icrasına başlanılan sosial islahat paketi 3 milyon insanı əhatə edib.

Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Dəyişən İş Dünyasında İnnovativ Əmək və Məşğulluq Strategiyaları: Qlobal Çağırışlar – Milli Həllər” mövzusunda keçirilən tədbirlərdə deyib.

Nazir bildirib ki, onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.

"Əmək, məşğulluq və sosial müdafiə sahələrində xidmətlərin rəqəmsallaşdırılması sahəsində nazirliyimizin təqdim etdiyi 159 xidmətdən 140-dan çoxu tam elektronlaşdırılıb, onlardan 60 xidmət proaktiv təqdim olunur.

Hazırda Nazirlik üzrə elektronlaşma səviyyəsi 90 faizdən yüksəkdir", - o əlavə edib.

Chosen
114
teleqraf.com

1Sources