EN

Bakıda yanğın – sakinlər təxliyə olunub - ərazi nəzarətə götürülüb

Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın başlayşb.

Herbiand.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi üçün əməliyyat davam edir.

Təhlükəsizlik məqsədi ilə FHN əməkdaşları bina sakinlərini təxliyə edib.

Ərazinin mühafizəsini təşkil etmək üçün hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib və ərazi tam nəzarətə götürülüb.

Chosen
10
herbiand.az

1Sources