EN

Azərbaycan və Ekvador XİN ləri arasında siyasi məsləhətləşmələrə dair protokol imzalanıb

ain.az, 525.az saytına istinadən bildirir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ekvadorun xarici işlər və insan mobilliyi naziri Qabriella Sommerfeld ilə görüşüb.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, nazirlər siyasi məsləhətləşmələrin gücləndirilməsi, iqtisadi və humanitar əməkdaşlığın şaxələndirilməsi, eləcə də BMT, Qoşulmama Hərəkatı və daha geniş beynəlxalq platformalar çərçivəsində daha sıx əməkdaşlığın təşviqi ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Ekvador Respublikasının Xarici İşlər və İnsan Mobilliyi Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Protokol"u imzalayıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
3
525.az

4Sources