EN

FIFA-nın 2030-cu il dünya çempionatı ilə bağlı YENİ PLANI

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2030-cu il dünya çempionatını 64 komanda ilə keçirməyə hazırdır.

İdman.biz xəbər verir ki, bu barədə "Ole" nəşri məlumat yayıb.

Bildirilir ki, təşkilat Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) mundialda iştirakçıların sayını rekord həddə artırmaq təklifini dəstəkləyib.

Yeni formatda turnir 16 qrupdan ibarət olacaq, hər qrupda 4 komanda çıxış edəcək. Pley-off mərhələsinə isə qrupun iki ən güclü yığması yüksələcək.

Oyunlar İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçiriləcək. Dünya çempionatının üç qrupu tam olaraq Cənubi Amerikada, qalanları isə Avropa və Afrikada baş tutacaq.

Xatırladaq ki, FIFA artıq mundialdakı iştirakçı sayını 32-dən 48-ə artırıb. 2026-cı il dünya çempionatına tarixdə ilk dəfə 48 milli qatılacaq.

İdman.biz

Chosen
42
1
idman.biz

2Sources