EN

Bakıda çoxmərtəbəli binada yanğın başlayıb, sakinlər təxliyə edilib



Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Newscenter.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN əməkdaşları tərəfindən bina sakinlərinin təxliyəsi aparılıb.

Mehman Mehdiyev
Chosen
15
8
newscenter.az

10Sources