EN

Nyu-Yorkda 6-cı Xəzər Biznes Forumu keçirilib - FOTO

Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə "Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji" mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumu keçirilib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti açılış nitqi ilə çıxış edərək son iki ayda Xəzər regionunda müşahidə olunan inkişafın diqqətəlayiq olduğunu deyib. O bildirib ki, bu inkişafa Ermənistan və Azərbaycan arasında çoxdan gözlənilən sülh sazişi, Orta Dəhlizin inkişafında irəliləyiş, müxtəlif qlobal donorların cəlb edilməsi və investisiya səviyyəsinin yüksəldilməsi daxildir.

Əfqan Niftinin sözlərinə görə, ABŞ-ın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış saziş təkcə siyasi sabitlik üçün sıçrayış deyil, həm də iqtisadi əlaqələrin yeni dövrünü təmsil edir. Onun fikrincə, Trampın Beynəlxalq Sülh və Rifah Marşrutunun və ya Zəngəzur dəhlizinin işə düşməsi ilə Cənubi Qafqaz əvvəlkindən daha çox inteqrasiya edəcək.

Sonra çıxış edən ABŞ Dövlət katibi müavininin baş müşaviri Kaleb Orr Cənubi Qafqaz və Mərkəzi Asiya da daxil olmaqla daha geniş Xəzər regionunun ABŞ-ın siyasət strategiyası üçün həssas nöqtə olduğunu deyib. Onun sözlərinə görə, bura Birləşmiş Ştatların investisiya qoymaq və qurmaq üçün mühüm strateji maraq kimi gördüyü bir sahədir.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.

Tədbirdə çıxış edən ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının nümayəndəsi Konor Koleman Xəzər regionunun xarici siyasət nöqteyi-nəzərindən strateji əhəmiyyətini vurğulayıb. O, ABŞ-ın regionda investisiya maraqları barədə danışıb. Regionda enerji və ətraf infrastruktur sahələrində investisiya imkanlarının olduğunu qeyd edib. O, bu baxımdan təmsil etdiyi qurumum prioritetləri və gələcək əməkdaşlıq imkanları barədə məlumat verib.

Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinin Xarici Əlaqələr üzrə baş direktoru Öztürk Selvitop çıxış edərək Türkiyə və Azərbaycanın icra etdiyi regional layihələrdən, Xəzər regionunun artan potensialından bəhs edib.

Qazaxıstan Prezidentinin müşaviri Maqzum Mirzəqaliyev Avrasiya regionunda logistika və nəqliyyat şəbəkələrinin inkişafının strateji əhəmiyyət daşıdığını deyərək bu sahədə bütün imkanlardan səmərəli istifadə etmək niyyətlərini açıqlayıb. O bu sahədə ABŞ şirkətləri ilə sıx əməkdaşlıq etmək və birgə layihələr həyata keçirmək istədiklərini vurğulayıb. Onun sözlərinə görə, Orta Dəhliz artıq əsas beynəlxalq ticarət marşrutlarından birinə çevrilir və "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" bu əməkdaşlıq üçün yeni imkanlar açır.

Tədbir panel müzakirələri və sual-cavab sessiyası ilə davam edib.

  • Nyu-Yorkda
  • Nyu-Yorkda
  • Nyu-Yorkda
  • Nyu-Yorkda
  • Nyu-Yorkda
  • Nyu-Yorkda
  • Nyu-Yorkda
  • Nyu-Yorkda
  • Nyu-Yorkda
  • Nyu-Yorkda
Chosen
49
10
day.az

10Sources