Bakı. Trend:
“112” qaynar telefon xəttinə Nəsimi rayonu Rəşid Behbudovküçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumatdaxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, nazirliyin DövlətYanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətininqüvvələri cəlb olunublar.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlərgörülür.