EN

Ermənistanda silahlı insident – Müxalifətçi Valodya Qriqoryan qətlə yetirildi

Ermənistanın Armavir vilayətində baş verən silahlı insident faciə ilə nəticələnib.

Musavat.com xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyi 23 sentyabr saat 23:52-də Merdzavan kəndində, İrəvan şossesində atəş səslərinin eşidilməsi barədə siqnal daxil olduğunu açıqlayıb.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb. ️Həlak olanlardan biri kənd icmasının rəhbəri Valodya Qriqoryandır.  

Qeyd edilib ki, Parakar (Ermənistanın Armavir rayonunda kənd) icmasının rəhbəri, müxalifətçi Valodya Qriqoryan öz evinin həyətində qətlə yetirilib.

DİN bildirib ki, polis əməkdaşları insidentin bütün təfərrüatlarını araşdırır və mövzu ilə bağlı əlavə məlumat veriləcək. 

Qeyd edək ki, qətlə yetirilən Valodya Qriqoryan bu ilin 30 martında Parakar kəndinin icma rəhbəri seçilmişdi. O, müxalifət partiyasından idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
25
olaylar.az

1Sources