EN

Azərbaycan bu ölkə ilə viza sazişi imzaladı

BAKI, 24 sentyabr. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində qvineya-bisaulu həmkarı Karlos Pinto Pereyra ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə C.Bayramov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Nazir bildirib ki, görüşdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, siyasi dialoqun genişləndirilməsi və çoxtərəfli çərçivələrdə daha möhkəm əlaqələrin qurulması yolları müzakirə edilib.

Görüş zamanı həmçinin "Qvineya-Bisau Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş" imzalanıb.

Chosen
30
7
teleqraf.com

10Sources