EN

Azərbaycan və Ekvador XİN-ləri arasında siyasi məsləhətləşmələrə dair protokol imzalanıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ekvadorun xarici işlər və insan mobilliyi naziri Qabriella Sommerfeld ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, nazirlər siyasi məsləhətləşmələrin gücləndirilməsi, iqtisadi və humanitar əməkdaşlığın şaxələndirilməsi, eləcə də BMT, Qoşulmama Hərəkatı və daha geniş beynəlxalq platformalar çərçivəsində daha sıx əməkdaşlığın təşviqi ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Ekvador Respublikasının Xarici İşlər və İnsan Mobilliyi Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Protokol"u imzalayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
3
olaylar.az

4Sources