EN

Azərbaycanla Qvineya-Bisau arasında Nyu-Yorkda viza ilə bağlı saziş imzalanıb

Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Qvineya-Bisau Respublikasının xarici işlər naziri Karlos Pinto Pereyra ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Ceyhun Bayramov  "X" sosial media hesabında paylaşım edib.

Nazirlər ikitərəfli əməkdaşlığın inkişafı, siyasi dialoqun genişləndirilməsi və çoxtərəfli çərçivələrdə daha sıx əlaqələrin qurulması məsələlərini müzakirə ediblər.

Görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahibləri üçün qarşılıqlı viza tələbindən azadolma haqqında Saziş” imzalanıb.

Chosen
19
9
operativmedia.az

10Sources