EN

Türk dövlətləri ilə media əlaqələri və ortaq layihələr müzakirə olunub

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sentyabrın 23-də Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova arasında görüş keçirilib.

Agentlikdən bildirilib ki, Ə.İsmayılov türk dövlətləri ilə Azərbaycan arasında mövcud media əlaqələrinin hazırkı vəziyyətinə toxunub. O, medianın qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin əhəmiyyətini qeyd edərək fondla əməkdaşlığın gələcəkdə ortaq layihələrin icrasına zəmin yaradacağını və işbirliyinin səmərəliliyini artıracağını diqqətə çatdırıb.

Fondun məqsəd və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verən A.Raimkulova türk xalqlarının ortaq mədəni dəyərlərinin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb. O, sözügedən irsin beynəlxalq müstəvidə tanıdılmasında medianın mühüm rol oynadığını qeyd edib.

Görüşdə tərəflər gələcəkdə qarşılıqlı fəaliyyət çərçivəsində müxtəlif proqramların reallaşması istiqamətində fikir mübadiləsi aparıblar.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
23
xalqqazeti.az

10Sources