EN

Çarlz Oliveyra Martin Qamrotla dpyüşəcək - RƏSMİ

Oktyabrın 11-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək "UFC Fight Night 261"də yüngül çəkidə 35 yaşlı sabiq UFC çempionu braziliyalı Çarlz Oliveyra 70 kq çəki dərəcəsində 8-ci pillədə qərarlaşan polyakı Mateuş Qamrotla qarşılaşacaq.

Bu barədə İdman.biz UFC-nin mətbuat xidmətinə istinadən bildirir. Məlumata görə, onların döyüşü gecənin əsas hadisəsi olacaq.

Rafael Fiziyevin zədəsi səbəbindən Çarlz Oliveyra Rio-de-Janeyrodakı UFC turnirində rəqibsiz qalmışdı.

Oliveyra 2008-ci ilin martında peşəkar səviyyədə döyüşməyə başlayıb. Onun hesabında 35 qələbə, 11 məğlubiyyət var.

Qamrotun son döyüşü iyunun 1-də "UFC on ESPN 68"də olub. Qamrot yekdil qərarla Lüdovit Kleini məğlub edib.

İdman.biz

Chosen
25
1
idman.biz

2Sources