EN

Moskvada maraqlı toy: 96 yaşlı bəy və 91 yaşlı gəlin

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Moskvada bu il ən yaşlı gəlin və bəy qeydə alınıb.

Oxu.Az RBC.ru-ya istinadən xəbər verir ki, Rusiya paytaxtında 96 yaşlı kişi 91 yaşlı qadınla evlənib.

Məlumata görə, 60 yaşdan yuxarı insanlar arasında nikahların payı adətən aşağı olsa da, bu il Moskvada yaşlı cütlüklər arasında təxminən 1200 nikah qeydə alınıb.

Statistika göstərir ki, şəhərdə gəlinlərin cəmi 2 faizi, bəylərin isə 3,5 faizi bu kateqoriyaya düşür.

Bildirilir ki, hazırda Moskvada nikaha girən gəlinlərin orta yaşı 33,2, bəylərin yaşı isə 35,3-dür.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
72
1
oxu.az

10Sources