AZ

Bir günə 15 milyon dollar qazandı

ain.az bildirir, Axsham.az portalına istinadən.

Amerikalı pop ulduzu Teylor Sviftin “The Life of a Showgirl” adlı yeni albomunun çıxışı münasibətilə təşkil edilən kinonümayiş ilk 24 saatında 15 milyon dollar gəlir əldə edib. 

Axşam.az xəbər verir ki, bu layihənin ABŞ-də böyük kassalı hadisəyə çevriləcəyi gözlənilir.

Müğənninin on ikinci studiya albomu 3 oktyabrda işıq üzü görəcək. 

Svift daha əvvəl albomun tanıtımı üçün 3–5 oktyabr tarixlərində keçiriləcək 89 dəqiqəlik “Taylor Swift: The Official Release Party of a Showgirl” adlı xüsusi kinogecə elan etmişdi. Tədbir çərçivəsində albomun aparıcı sinqlı “The Fate of Ophelia” üçün çəkilmiş klipin premyerası da baş tutacaq.

ABŞ kinoteatrlarında ilk həftəsonu üçün ümumi gəlirin 30–50 milyon dollar arasında olacağı proqnozlaşdırılır. 

Qeyd edək ki, Sviftin daha əvvəl təqdim etdiyi “Eras Tour” adlı konsert filmi 267,1 milyon dollar gəlirlə bütün zamanların ən çox qazandıran konsert filmi olmuşdu.

Kinonümayiş təkcə ABŞ-la məhdudlaşmır. O, həmçinin Kanada, Meksika, Birləşmiş Krallıq, Fransa, İrlandiya, Almaniya, İsveçrə, Avstriya, Belçika, Niderland, Lüksemburq, İsveç, Norveç, Finlandiya, Danimarka, Cənubi Afrika, Avstraliya və Yeni Zelandiyada da nümayiş olunacaq. Biletlərin satışı 23 sentyabrda başlayacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
3
axsam.az

10Mənbələr