EN

Azərbaycan və Cibuti arasında yeni əməkdaşlıq sazişi imzalanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdulkader Husseyn Omar ilə görüşüb.

Görüşdə iqtisadiyyat, ticarət, humanitar sahə, təhsil üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub, çoxtərəfli platformalarda əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin qorunmasının əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, Azərbaycanın İƏT-ə sədrlik dövrü və 2026-cı ildə Bakıda keçiriləcək Sammit yeni tərəfdaşlıq imkanları açacaq.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib, Azərbaycanla Cibuti arasında dostluq münasibətlərinin güclənməsinə diqqət çəkilib.

Nazirlər, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahibləri üçün viza tələblərindən azadolma haqqında Saziş”i imzalayıblar.

Chosen
25
operativmedia.az

1Sources