EN

ABŞ-la danışıqlar bizə heç bir fayda vermir - Xamenei

İndiki vəziyyətdə ABŞ hökuməti ilə danışıqlar bizim milli maraqlarımıza xidmət etmir, bizə heç bir fayda vermir.

Axar.az xəbər verir ki, bunu İranın dini lideri Əli Xamenei deyib.

Xamenei vurğulayıb ki, ABŞ istədiyi dialoq deyil, diktə etməkdir:

"ABŞ tərəfi danışıqların nəticəsini artıq müəyyən etmişdi, yəni nəticənin yalnız İranda uranın zənginləşdirilməsi və bütün nüvə fəaliyyətlərinin dayandırılması ilə nəticələnəcəyini elan etmişdi”.

Qeyd edək ki, daha öncə İran-ABŞ nüvə danışıqları İsrailin hərbi əməliyyata başlaması və ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri səbəbindən nəticəsiz qalmışdı.

Chosen
31
1
axar.az

2Sources