Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərdən danışıb.
News24.az xəbər verir ki, dövlət başçısı BMT Baş Assambleyasında çıxışı zamanı iki ölkə arasında münasibətlərin normallaşmağa doğru getdiyini bildirib.
O qeyd edib ki, Ankara əvvəldən İrəvanla münasibətlərin yaxşılaşması üçün səylər göstərib.
Türkiyə lideri bildirib ki, münasibətlərin normallaşması üçüm siyasi iradənin möhkəmləndirilməsinin vacibdir.