Avropa İttifaqı Rusiyadakı xüsusi iqtisadi zonalara investisiyanı qadağan etməyi planlaşdırır
AFN.az xəbər verir ki, "Politico" qəzetinin məlumatına görə, Avropa İttifaqı (Aİ) 19-cu antirus sanksiyaları paketi çərçivəsində Avropa şirkətlərinə Rusiyadakı xüsusi iqtisadi zonalara (XİZ) investisiya etməyi qadağan etməyi nəzərdə tutur.
Layihəyə əsasən, Aİ şirkətlərinə satıldıqdan sonra beş il ərzində rus gəmilərini və təyyarələrini sığortalamağa qadağa qoyulması da nəzərdə tutulur. Bundan əlavə, Avropa şirkətlərinə Aİ xaricində yerləşən limanlarla ticarət etmək qadağan edilə bilər. Bu xüsusilə limanlar hərbi texnika, məsələn raketlərin satışı və ya G7 tərəfindən müəyyən edilmiş neft qiymət limitlərinin aşılması üçün istifadə olunarsa tətbiq ediləcək.