EN

ABŞ-nin öz strateji təsirini gücləndirmə planı: Azərbaycan və Mərkəzi Asiya ön planda...

Vaşinqtonun TRIPP marşrutu layihəsi Çin və Rusiyanın təsir fücünə alternativ kimi təqdim olunur...

ABŞ Mərkəzi Asiyada mövqelərini gücləndirməyə çalışır və bu prosesdə Azərbaycanla Qazaxıstan xüsusi əhəmiyyət daşıyır.

Poliqon xəbər verir ki, bu barədə Townhall nəşri yazır. Nəşr qeyd edir ki, Azərbaycan “Tramp Marşrutu” (TRIPP) adlanan təşəbbüsün əsas həlqələrindən biri hesab olunur. Bu layihə Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirərək Rusiyadan, İrandan və Çindən asılı olmayan yeni ticarət yolları təklif etməyi hədəfləyir. Bu baxımdan Azərbaycanın coğrafi mövqeyi ABŞ üçün strateji tərəfdaşlıq imkanlarını artırır.

Çinin Mərkəzi Asiyada “Bir kəmər, bir yol” təşəbbüsünü irəli sürərək region ölkələrini iqtisadi asılılığa salmağa çalışdığı bir vaxtda, Vaşinqton TRIPP kimi layihələri iqtisadi müstəqilliyin təminatı və yeni alternativlərin yaradılması vasitəsi kimi görür. ABŞ-nin AzərbaycanQazaxıstanla infrastrukturun inkişafı, iqtisadi əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığı region ölkələrinin Çindən və Rusiyadan asılılığını azalda, onlara daha çox iqtisadi suverenlik qazandıra bilər.

Qazaxıstanın dünyanın ən iri uran istehsalçısı olması da Vaşinqton üçün ayrıca maraq doğurur. ABŞ enerji təhlükəsizliyi və nadir torpaq metalları sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Bununla yanaşı, nəqliyyat, infrastruktur və yüksək texnologiyalar üzrə əlaqələrin gücləndirilməsi də TRIPP marşrutu vasitəsilə mümkün ola bilər.

Beləliklə, ABŞ-ın AzərbaycanQazaxıstanla əməkdaşlığı həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada strateji mövcudluğunu artırmaq, Çin layihələrinə alternativ təklif etmək və region ölkələrinin müstəqil inkişafına dəstək vermək baxımından əhəmiyyətli hesab olunur.

Poliqon.info

Chosen
34
poliqon.info

1Sources