Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.
Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər.
AZXEBER.COM xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayıb.
Qeyd edək ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Baş Assambleyanın 80-ci sessiyasında 150-dən çox dövlət və hökumət başçısı iştirak edir. "Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunmuş sessiyada qlobal gündəlikdə duran məsələlərə aid, o cümlədən dünyanın bəzi yerlərində davam edən münaqişələr, Dayanıqlı İnkişaf Məqsədləri, iqlim böhranı və digər mövzularda müzakirələr aparılır. Sessiya sentyabrın 30-dək davam edəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.