EN

Braziliya prezidenti: Ukraynadakı müharibə danışıqlarla bitməlidir

Braziliya prezidenti Lula da Silva Ukraynadakı müharibənin “real həllinə” çağırıb.

RBC-Ukrayna xəbər verir ki, o, bu barədə BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.

O, bəyan edib ki, Ukraynadakı müharibə hərbi yolla həll edilə bilməz.

"Bu yaxınlarda Alyaskada keçirilən görüş danışıqlar yolu ilə həllə ümid verdi. Həqiqi həllə yol açmaq lazımdır. Bu, bütün ölkələrin qanuni təhlükəsizlik maraqlarının nəzərə alınması deməkdir", - o deyib.

Qəzzadakı vəziyyətlə bağlı Lula bildirir ki, “HƏMAS-ın həyata keçirdiyi terror aktları heç bir baxımdan qəbul edilə bilməz, lakin heç nə davam edən soyqırıma haqq qazandırmır”.

QAZİLER.AZ

Chosen
8
qaziler.az

1Sources