EN

Almaniya XİN: Rusiyada gələn təhdidləri dəf etmək üçün bütün zəruri vasitələrdən istifadə edəcəyik

Berlin, 23 sentyabr, AZƏRTAC

Almaniyanın Xarici İşlər Nazirliyi Rusiyanın NATO-nun hava məkanını yenidən pozmasını sərt şəkildə qınayıb.

AZƏRTAC xəbər verir ki, nazirliyin X şəbəkəsindəki paylaşımda qeyd olunub: “Rusiyanın NATO hava məkanını yenidən pozması olduqca təhlükəlidir. NATO güclüdür və birlikdə möhkəm dayanıb. Biz ittifaq ərazisini və təhlükəsizliyimizi müdafiə etmək, Rusiyada gələn təhdidləri dəf etmək üçün bütün zəruri vasitələrdən istifadə edəcəyik”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Chosen
7
3
azertag.az

4Sources