Avqustun səkkizində Azərbaycanla Ermənistan arasında daimi sülhə gedən addımların atılmasından məmnunuq.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib.
"Azərbaycan və Ermənistan arasında sülhün təsisi üçün tərəfləri əvvəldən indiyə qədər cəsarətləndirdik", - Ərdoğan bildirib.
O, bu prosesə töhfə verən ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.