EN

Azərbaycan çempionatında yeni mövsümün püşkü atıldı

Bakı. Trend:

Qadın və kişi voleybolçular arasında Yüksək Liqaların2025–2026-cı illər mövsümünün püşkü atılıb.

Trend xəbərverir ki, Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkilolunan tədbirdə federasiyanın və klubların nümayəndələri iştirakediblər.

Yeni mövsümdə qadınların Yüksək Liqasında 9 komanda -“Azərreyl”, “Abşeron”, “Murov Az Terminal”, “Gəncə”, “MilliAviasiya Akademiyası”, UNEC, eləcə də debütant “DH Volley”, “Turan”və “Gənclər” klubları mübarizə aparacaqlar.

Yarışlar liqa mərhələsindən (ilkin mərhələ) və pley-offdanibarət olacaq. Liqa mərhələsi dairəvi sistem üzrə ev-səfər prinsipiilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, ən yaxşı 8 komandapley-offa yüksələcək.

Kişilərin çempionatında isə 6 kollektiv - "Azərreyl", “Murov AzTerminal”, “Xilasedici”, “Neftçi”, ORDU və “Gənclər” çıxışedəcək.

Oyunlar dairəvi sistem üzrə ev-səfər prinsipi ilə iki dövrədətəşkil olunacaq.

İki dövrənin yekununda ilk 4 pillədə qərarlaşacaq komandalarpley-offda iştirak hüququ qazanacaqlar.

Chosen
20
15
az.trend.az

10Sources