EN

Ədliyyə Nazirliyi Avropa Şurasının ədliyyə nazirlərinin konfransında təmsil olunub



18-19 sentyabr tarixlərində Maltanın Valetta şəhərində “Sərhədlərarası əməkdaşlıq və qarşılıqlı yardım: transmilli cinayətlərə qarşı mübarizə üzrə əməkdaşlığın gücləndirilməsi” mövzusunda Avropa Şurasının ədliyyə nazirlərinin konfransı keçirilib. Konfransda Avropa Şurasının səlahiyyətli qurumlarının rəhbər heyətləri, üzv dövlətlərinin ədliyyə nazirləri, səfirlər və digər rəhbər şəxslər iştirak ediblər.

Newscenter.az nazirliyə istinadən bildirir ki, konfransda ölkəmizi təmsil edən ədliyyə nazirinin müşaviri Seyfəlpaşa Əliyev çıxış edərək, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində Nazirliyin fəaliyyəti barədə ətraflı məlumat verib, bu istiqamətdə rəqəmsal alətlərin tətbiqi və əlaqələrin genişləndirilməsi üzrə müsbət təcrübələrimiz barədə iştirakçıları məlumatlandırıb.

Konfrans çərçivəsində “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyanın 3 saylı əlavə protokolu (“Valetta” protokolu) imzaya açıq elan edilib. Bununla bağlı müvafiq protokol layihəsini hazırlayan Avropa Şurası Cinayət məsələlərində əməkdaşlığa dair Avropa konvensiyalarının icrası üzrə Ekspertlər Komitəsinin (PC-OC) sədri, Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin rəisi Adil Əbilov müvafiq Protokolun hazırlanması zərurəti, onun fəaliyyətin təkmilləşdirilməsindəki rolu barədə məruzə edib.

Sonda hüquqi yardım sahəsində səmərəliliyin artırılması üzrə tədbirləri nəzərdə tutan Yekun Bəyannamə qəbul edilib.

Süleyman
Chosen
15
10
newscenter.az

10Sources