Azərbaycan Əvəzedicilər Liqasında IV turun təxirə salınmış oyunu keçirilib.
Apasport.az xəbər verir ki, Binə qəsəbə stadionunda "Qarabağ-2" "Turan Tovuz-2" ilə qarşılaşıb.
Oyun 5:3 hesabı ilə Ağdam təmsilçisinin xeyrinə başa çatıb.
Qolları "Qarabağ-2"dən Hacı İbrahim, (34 (pen), Nicat Xasıyev (62, 87), Sənan Ağayev (80), Eltun Babazadə (90+4) vurublar. "Turan Tovuz-2" də Elçin Qasımov (1), Murad Dadaşov (8), Nicat Quliyev (75) fərqləniblər.
71-ci dəqiqədə "Turan Tovuz-2"dən Fərid Cəfərov penaltini vura bilməyib.
Bu qələbə ilə 5 oyundan 11 xal toplayan “Qarabağ-2” turnir cədvəlinə başçılıq edir.
Şəkidə III MDB Oyunları öncəsi sınaq yarışı keçirildi
"Baku Sportinq"də serbiyalı yarımmüdafiəçi
II Liqa: V turun oyun cədvəli bəlli olub
Azərbaycan Kubokunda I turun oyun cədvəli bəlli olub
"Qəbələ" - "Turan Tovuz" matçında QADIN REFERİ