Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Mərakeş Krallığının iqtisadi inklüzivlik, kiçik biznes, məşğulluq və bacarıqlar naziri Younes Sekkourinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Qaziler.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanın dini və mədəni köklərlə bağlı olduğu Mərakeş Krallığı ilə əməkdaşlıq əlaqələrinin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirib.
Y.Sekkouri iki ölkə arasında bir çox sahələrdə, o cümlədən əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadiləsinin həyata keçirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib.
Sudan Respublikasının insan resursları və sosial rifah naziri cənab Mutasim Ahmed Saleh Adam ilə görüşdə iki ölkə arasında sosal sahədə əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.
İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Bakıda keçirilən iclasının əhəmiyyəti vurğulanıb.
Hər iki görüşdə ölkəmizdə həyata keçirilən sosial islahatlar barədə məlumat verilib, sosial sahədə əməkdaşlıq məsələlərinə dair fikir mübadilələri aparılıb.


